
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Bu mükafat ABB-nin süni intellekt əsaslı bankçılıq həllərinə, o cümlədən müştərilərin süni intellekt əsaslı fərdi maliyyə menecerləri AI-nur və AI-khan-ın yaratdığı imkanlara verilən beynəlxalq qiymətdir.
“Global AI Innovation Awards” maliyyə sektorunda süni intellekt texnologiyalarının tətbiqi ilə mühüm yeniliklər yaradan qurumları müəyyənləşdirən beynəlxalq mükafat proqramıdır. Proqram çərçivəsində maliyyə təşkilatlarının süni intellekt əsasında hazırladığı məhsul və xidmətlər, müştəri təcrübəsinin inkişafı, məlumatlara əsaslanan qərarvermə, risklərin idarə edilməsi, əməliyyat səmərəliliyi və innovativ biznes modellərinin yaradılması kimi istiqamətlər qiymətləndirilir.
Mükafat proqramında namizədlər “The Digital Banker”in araşdırma komandası, süni intellekt sahəsi üzrə mütəxəssislər və müstəqil beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilir. Münsiflər heyətində KPMG, Bain & Company və Accenture kimi beynəlxalq şirkətlərin ekspertləri təmsil olunur.
“The Digital Banker” platormasının Baş ofisi Sinqapurda yerləşir. Təşkilatın pərakəndə bankçılıq üzrə “Global Retail Banking Innovation Awards” mükafat proqramı 2018-ci ildən elan olunub. Mükafatın qalibləri ilə buradan tanış ola bilərsiniz.

ABB - Azərbaycan Beynəlxalq Bankı
ABB - Azərbaycan Beynəlxalq Bankı tərəfindən təqdim olunan və Reliz.az-da yayımlanan press-relizləri və rəsmi məlumatları.


















