Daha bir rəqəmsal xidmət təchizatçısı Azərbaycanda ƏDV qeydiyyatına alınıb
Press-reliz

Daha bir rəqəmsal xidmət təchizatçısı Azərbaycanda ƏDV qeydiyyatına alınıb

Paylaş:FacebookLinkedInTelegramE-poçt
Bu material qurum tərəfindən təqdim olunub. Reliz.az materialın mətninə redaktə müdaxiləsi etmir.

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha bir beynəlxalq rəqəmsal xidmət təchizatçısı- “Appcharge Ltd.” vergi uçotuna alınıb. Şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il noyabrın 1-dən qüvvəyə minib.

Qeyd edək ki, qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur. Bu şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.

Beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə qoşulması yeni vergi mexanizminin tətbiqində əldə olunan mühüm nəticələrdəndir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda müasir vergi inzibatçılığının və şəffaf biznes mühitinin inkişafı istiqamətində fəaliyyətini davam etdirir. Hazırda Azərbaycanda ƏDV qeydiyyatına alınmış rəqəmsal xidmət təchizatçılarının sayı 24-ə çatıb. Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının siyahısı ilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Material ID: #69
Qurum

Dövlət Vergi Xidməti

Azərbaycan

Dövlət Vergi Xidməti tərəfindən təqdim olunan və Reliz.az-da yayımlanan press-relizləri və rəsmi məlumatları.

Qurumun bütün press-relizləriRəsmi sayt
Reliz.az

Yeni məqalələri və press-relizləri izləyin

Reliz.az-da yayımlanan yeni məqalələri, press-relizləri və rəsmi məlumatları sosial şəbəkələrimizdən və rəsmi kanallarımızdan izləyin.

Oxşar press-relizlər

Son press-relizlər