iTicket artıq ABB mobile-da!
Press-reliz

iTicket artıq ABB mobile-da!

Paylaş:FacebookLinkedInTelegramE-poçt
Bu material qurum tərəfindən təqdim olunub. Reliz.az materialın mətninə redaktə müdaxiləsi etmir.
Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB onlar üçün yeni imkanlar yaratmaqda davam edir! Artıq ölkənin aparıcı bilet satışı platforması iTicket də tam inteqrasiya olunaraq ABB mobile tətbiqinə əlavə edilib.

Bu möhtəşəm yenilik sayəsində tətbiq istifadəçiləri iTicket platformasındakı bütün funksional imkanlardan birbaşa ABB mobile daxilində yararlana bilərlər.

Konsertlərə, teatr tamaşalarına və başqa mədəni tədbirlərə bilet almaq üçün artıq tədbirləri ABB mobile daxilində izləmək, yerləri seçib heç bir əlavə məlumat daxil etmədən ödənişi də tətbiq daxilində sürətli və təhlükəsiz şəkildə tamamlamaq olar. Tədbirə keçid zamanı QR bilet də elə ABB mobile-dan əldə edilir!

ABB mobile-dan iTicket platformasındakı şəxsi kabinetə daxil olmaq imkanı da yaradılıb. Müştərilər iTicket hesablarına birbaşa ABB mobile üzərindən daxil olub əvvəllər aldıqları biletləri və şəxsi məlumatlarını asanlıqla idarə edə bilərlər.

ABB mobile müştərilərin gündəlik ehtiyaclarının qarşılanması üçün imkanları vahid platformada toplayır. Bu məqsədlə tətbiqə yeni inteqrasiyalar bundan sonra da davam etdiriləcək.

Material ID: #60
Qurum

ABB - Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan

ABB - Azərbaycan Beynəlxalq Bankı tərəfindən təqdim olunan və Reliz.az-da yayımlanan press-relizləri və rəsmi məlumatları.

Qurumun bütün press-relizləriRəsmi sayt
Reliz.az

Yeni məqalələri və press-relizləri izləyin

Reliz.az-da yayımlanan yeni məqalələri, press-relizləri və rəsmi məlumatları sosial şəbəkələrimizdən və rəsmi kanallarımızdan izləyin.

Oxşar press-relizlər

Son press-relizlər