
Səyahət xərclərini millərinlə əvəz et
Millərini yalnız aviabiletə deyil, hotel və turlara da dəyiş!
Birbank Platinum Miles ilə topladığın millərdən istifadə imkanları daha da genişlənir. Kampaniya müddətində millərini təyyarə biletləri ilə yanaşı, hotel və tur agentliklərində etdiyin ödənişlərə də dəyişə bilərsən.
Səyahətini planla, Birbank Platinum Miles kartınla ödəniş et və xərclədiyin məbləği topladığın millərlə əvəzlə. Üstəlik, kampaniyadan əvvəl toplanan millərdən də yararlanmaq mümkündür.
Kampaniyanın şərtləri:
- Kampaniya 21 avqust – 30 sentyabr tarixlərində keçərlidir.
- Kampaniya yalnız Birbank Platinum Miles kartları ilə edilən ödənişlərə şamil olunur.
- Kampaniyadan yararlanmaq üçün təyyarə bileti, hotel və ya tur agentliyi üzrə ödənişi Birbank Platinum Miles kartınla etməli, daha sonra həmin ödənişi millərlə əvəz etməlisən.
- Kampaniyadan əvvəl topladığın milləri də kampaniya müddətində istifadə edə bilərsən.
- Millərin dəyişdirilməsi standart mil tariflərinə əsasən həyata keçirilir. Millərin digər istifadə şərtləri dəyişməz olaraq qalır.
Hələ də Birbank Platinum Miles kartın yoxdursa, saytımızdan sifariş edə bilərsən.Sifariş üçün kliklə.

Kapital Bank ASC
Kapital Bank ASC tərəfindən təqdim olunan və Reliz.az-da yayımlanan press-relizləri və rəsmi məlumatları.






