
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməyə və onu ayrıca daxil etməyə ehtiyac qalmır.
Qeyd edək ki, indiyədək pul köçürmələri 3D təhlükəsizlik kodu və birdəfəlik SMS kodu vasitəsilə təsdiqlənirdi. Yeni imkan təsdiq prosesini sadələşdirməklə yanaşı, təhlükəsizliyi də əvvəlki kimi qoruyur.
SİMA İmza ilə təsdiqləmə funksiyası yalnız SİMA İmza ilə qeydiyyatdan keçmiş müştərilər üçün əlçatandır. Digər istifadəçilər köçürmələrini əvvəlki qaydada 3D təhlükəsizlik kodu vasitəsilə təsdiqləyə bilərlər.

Kapital Bank ASC
Kapital Bank ASC tərəfindən təqdim olunan və Reliz.az-da yayımlanan press-relizləri və rəsmi məlumatları.


















