Ölkədə ilk dəfə Gəncə şəhərində aqrar sığorta ekspertləri üçün təlimlər keçiriləcək
Press-reliz

Ölkədə ilk dəfə Gəncə şəhərində aqrar sığorta ekspertləri üçün təlimlər keçiriləcək

Paylaş:FacebookLinkedInTelegramE-poçt
Bu material qurum tərəfindən təqdim olunub. Reliz.az materialın mətninə redaktə müdaxiləsi etmir.

26–30 oktyabr tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) bitkiçilik və heyvandarlıq sahələri üzrə aqrar sığorta ekspertləri üçün təlimlər təşkil olunacaq.

Təlimlərin əsas məqsədi aqrar sığorta sahəsində ixtisaslı ekspertlərin hazırlanması, onların peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də kənd təsərrüfatı sahəsində sığorta mexanizmlərinin daha effektiv tətbiqinə dəstək verməkdir.

Təlim proqramı çərçivəsində iştirakçıların bitkiçilik və heyvandarlıq sahələri üzrə aqrar sığorta ekspertizası istiqamətində biliklərinin artırılması, risklərin qiymətləndirilməsi və sığorta hadisələrinin araşdırılması ilə bağlı peşəkar yanaşmaların inkişaf etdirilməsi nəzərdə tutulur.

Bu təşəbbüs aqrar sığorta sahəsində ixtisaslı kadr potensialının gücləndirilməsinə, ekspertiza fəaliyyətinin təkmilləşdirilməsinə və kənd təsərrüfatı istehsalçılarının sığorta xidmətlərinə olan etimadının artırılmasına töhfə verməyi hədəfləyir.

Material ID: #61
Qurum

Aqrar Sığorta Fondu

Azərbaycan

Aqrar Sığorta Fondunun aqrar sığorta sisteminin fəaliyyəti, fermerlərin sığorta təminatı, kənd təsərrüfatında risklərin idarə edilməsi və sığorta ödənişləri ilə bağlı Reliz.az-da yayımlanan press-relizləri və rəsmi məlumatları.

Qurumun bütün press-relizləriRəsmi sayt
Reliz.az

Yeni məqalələri və press-relizləri izləyin

Reliz.az-da yayımlanan yeni məqalələri, press-relizləri və rəsmi məlumatları sosial şəbəkələrimizdən və rəsmi kanallarımızdan izləyin.

Oxşar press-relizlər

Son press-relizlər