Gədəbəydə 1 hektar kartof sahəsini sığortalamaq neçəyə başa gəlir? – 86 MANAT
Press-reliz

🥔Gədəbəydə 1 hektar kartof sahəsini sığortalamaq neçəyə başa gəlir? – 86 MANAT

Paylaş:FacebookLinkedInTelegramE-poçt
Bu material qurum tərəfindən təqdim olunub. Reliz.az materialın mətninə redaktə müdaxiləsi etmir.

Bütün dünyada "ikinci çörək" adlandırılan kartof Azərbaycanın əksər bölgələrində əkilir. Ümumilikdə ölkəmizdə kartof 45 min hektar ərazidə becərilir. Hər il bu sahələrdən 850-900 min tona yaxın kartof yığılır.
Kartof sahələrinin yarıdan çoxu – 26 min hektarı ölkənin qərb tərəfində Qazax-Tovuz, Şəki-Zaqatala və Gəncə-Daşkəsən bölgələrinin payına düşür. Təkcə Gədəbəy rayonunda 8700 hektar ərazidə kartof əkilir, buradan 120 min tona yaxın məhsul yığılır.
Eyni zamanda Şəmkirdə 6600 hektar, Tovuzda 4500 hektar, Cəlilabad rayonunda isə 3100 hektar sahədə kartof becərilir. Kartof kənd təsərrüfatının əsas bitkilərindən olaraq ölkənin ərzaq təhlükəsizliyində mühüm rol oynayır.
Kartof əkən fermerlər əkin sahələrini Aqrar Sığorta Fondunda dövlət dəstəyi ilə sığortalaya bilərlər. Hesablamaya görə, kartofun geniş şəkildə əkildiyi Gədəbəy rayonunda 1 hektar kartof sahəsinin əsas risklərdən sığortalanması fermerə cəmi 86 manata başa gələ bilər.
Bu hesablamada Gədəbəy rayonu üzrə orta göstərici - 1 hektardan 135 sentner – 13,5 ton kartof toplandığı, kartofun sahədə satış qiymətinin isə 1 kiloqram üçün 40 qəpik olması əsas götürülüb. Beləliklə, bir hektardan gözlənilən məhsulun sığorta dəyəri: 13 500 kq × 0,40 manat = 5 400 manat təşkil edir.
Göstəricilər əsasında 1 hektar üçün hesablanan ümumi sığorta haqqı 230 manatdır. Aqrar sığorta dövlət dəstəkli olduğuna görə sığorta haqqının 50%-ni dövlət ödəyir. Nəticədə fermerin ödədiyi məbləğ cəmi 115 manat olur.
Başqa sözlə, fermer 5 400 manatlıq kartofun əsas risklərdən qorumaq üçün ildə cəmi 115 manat ödəyir.
Sığorta xərci kartofun əkilməsinə və becərilməsinə çəkilən xərcin cüzi hissəsidir.
1 hektar kartof sahəsinin əkilməsi, gübrələmə, suvarma və sair aqrotexniki tədbirlərə çəkilən illik xərc təxminən 2 500–3 000 manat səviyyəsində götürüldükdə, 115 manatlıq sığorta haqqı bu məbləğin cəmi 3,8–4,6%-nə bərabər olur.

Material ID: #48
Qurum

Aqrar Sığorta Fondu

Azərbaycan

Aqrar Sığorta Fondunun aqrar sığorta sisteminin fəaliyyəti, fermerlərin sığorta təminatı, kənd təsərrüfatında risklərin idarə edilməsi və sığorta ödənişləri ilə bağlı Reliz.az-da yayımlanan press-relizləri və rəsmi məlumatları.

Qurumun bütün press-relizləriRəsmi sayt
Reliz.az

Yeni məqalələri və press-relizləri izləyin

Reliz.az-da yayımlanan yeni məqalələri, press-relizləri və rəsmi məlumatları sosial şəbəkələrimizdən və rəsmi kanallarımızdan izləyin.

Oxşar press-relizlər

Son press-relizlər