Beş ölkənin texnoloji şirkət rəhbərləri ABB-nin innovativ təcrübəsini öyrənib
Press-reliz

Beş ölkənin texnoloji şirkət rəhbərləri ABB-nin innovativ təcrübəsini öyrənib

Paylaş:FacebookLinkedInTelegramE-poçt
Bu material qurum tərəfindən təqdim olunub. Reliz.az materialın mətninə redaktə müdaxiləsi etmir.
Moldova, Qırğızıstan, Özbəkistan, Ukrayna və Polşada fəaliyyət göstərən bir sıra informasiya texnologiyaları şirkətlərinin rəhbərləri Azərbaycana səfər çərçivəsində ABB-nin Baş ofisində qonaq olublar.

Bankın rəqəmsal transformasiya, innovativ texnologiyaların tətbiqi, o cümlədən süni intellekt həllərindən istifadə sahəsində qabaqcıl təcrübəsi xarici şirkət rəhbərlərində böyük maraq doğurub.

Görüş zamanı qonaqlara ABB-nin inkişaf strategiyası, rəqəmsallaşma istiqamətində həyata keçirdiyi layihələr, müasir texnologiyaların bank xidmətlərinə inteqrasiyası, müxtəlif sahələrdə istifadə edilən süni intellekt modelləri barədə ətraflı məlumat verilib.

Bankın müştəri təcrübəsinin təkmilləşdirilməsi, əməliyyat proseslərinin optimallaşdırılması və xidmətlərin əlçatanlığının artırılması məqsədilə reallaşdırdığı innovativ təşəbbüslər diqqətə çatdırılıb, suallar cavablandırılıb.

Görüşdə, həmçinin maliyyə sektorunda yeni texnoloji trendlər, müasir çağırışlarla bağlı fikir mübadiləsi aparılıb, həmçinin gələcək əməkdaşlıq perspktivləri nəzərdən keçirilib.

Səfər beynəlxalq texnologiya ictimaiyyətinin ABB-nin rəqəmsal inkişaf təcrübəsinə marağını nümayiş etdirməklə yanaşı, innovasiya və texnologiyalar sahəsində qarşılıqlı təcrübə mübadiləsi baxımından da əhəmiyyətli olub.

Material ID: #53
Qurum

ABB - Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan

ABB - Azərbaycan Beynəlxalq Bankı tərəfindən təqdim olunan və Reliz.az-da yayımlanan press-relizləri və rəsmi məlumatları.

Qurumun bütün press-relizləriRəsmi sayt
Reliz.az

Yeni məqalələri və press-relizləri izləyin

Reliz.az-da yayımlanan yeni məqalələri, press-relizləri və rəsmi məlumatları sosial şəbəkələrimizdən və rəsmi kanallarımızdan izləyin.

Oxşar press-relizlər

Son press-relizlər