ABB-dən "Uşaq yığım" əmanəti
Press-reliz

ABB-dən "Uşaq yığım" əmanəti

Paylaş:FacebookLinkedInTelegramE-poçt
Bu material qurum tərəfindən təqdim olunub. Reliz.az materialın mətninə redaktə müdaxiləsi etmir.
Müştərilərin fərdi istəklərinə uyğun universal məhsul və xidmətlər hazırlayan ABB "Uşaq yığım" əmanətini təqdim edib. Bu, uşaqların gələcək təhsili, maliyyə təminatı və digər ehtiyacları ilə bağlı 36 ay müddətinə açılan, illik kapitalizasiya imkanlı uzunmüddətli əmanət məhsuludur.

"Uşaq yığım" əmanətinin şərtləri:

  • Müddət: 36 ay (uzadılma imkanı ilə)
  • Minimal məbləğ: 100 AZN/USD
  • İllik faiz dərəcəsi: AZN üzrə 8.5%, USD üzrə 2.5%
  • Faiz ödənişi: 12 ayda bir dəfə (faizlər istəyə əsasən kapitalizasiya edilir).
  • Məbləğin artırılması mümkündür (hər dəfə minimum 50 AZN/USD, ay ərzində maksimum 25 000 AZN/USD)
  • Rəsmiləşdirmə: yalnız valideyn və ya qəyyumlar uşağın adına rəsmiləşdirir.
  • Müddət avtomatik uzadıla bilər.

Müştərinin qazandığı faizlərin hər 12 aydan bir əsas məbləğə əlavə olunaraq növbəti illərdə daha çox faiz gəliri gətirməsi, əmanət məbləği vaxtından əvvəl çıxarıldıqda belə ötən illər üzrə ödənilmiş faizlərin geri alınmaması bu yığım məhsulunun əsas üstünlüklərindəndir. Bundan başqa, hər ay müntəzəm olaraq kiçik məbləğlərlə əmanət balansını artırmaq olar.

“Uşaq yığım” əmanəti haqqında ətraflı məlumatları buradan əldə edə bilərsiniz.

Material ID: #56
Qurum

ABB - Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan

ABB - Azərbaycan Beynəlxalq Bankı tərəfindən təqdim olunan və Reliz.az-da yayımlanan press-relizləri və rəsmi məlumatları.

Qurumun bütün press-relizləriRəsmi sayt
Reliz.az

Yeni məqalələri və press-relizləri izləyin

Reliz.az-da yayımlanan yeni məqalələri, press-relizləri və rəsmi məlumatları sosial şəbəkələrimizdən və rəsmi kanallarımızdan izləyin.

Oxşar press-relizlər

Son press-relizlər