2026-cı ilin ilk 9 ayı ərzində A-Qroup 132 231 AZN-dən çox ödəniş edib
Press-reliz

2026-cı ilin ilk 9 ayı ərzində A-Qroup 132 231 AZN-dən çox ödəniş edib

Paylaş:FacebookLinkedInTelegramE-poçt
Bu material qurum tərəfindən təqdim olunub. Reliz.az materialın mətninə redaktə müdaxiləsi etmir.

2026-cı ilin ilk 9 ayı ərzində A-Qroup sığorta şirkətində onkoloji xəstəliklərlə bağlı 69 müraciət qeydə alınıb. Şirkət sığortaolunanların həm ölkə daxilində, həm də xaricdə müayinə və müalicə xərclərinin qarşılanmasına 132 231 AZN-dən çox vəsait ödəyib.

Ciddi xəstəlik yalnız sağlamlıq üçün sınaq deyil, həm də əhəmiyyətli maliyyə yüküdür. Diaqnostika, mütəxəssis konsultasiyaları və müalicə ailə büdcəsində əvvəlcədən nəzərdə tutulması çətin olan ciddi xərclər yarada bilər. Tibbi sığorta polisi müalicə xərclərini azaltmağa və diqqəti ən vacib məsələyə - sağlamlığın bərpasına yönəltməyə imkan verən maliyyə təminatıdır.

A-Qroup bütün sığortaolunanlara tezliklə sağalmalarını arzulayır və xatırladır ki, onkoloji xəstəlik diaqnozu ümidsizlik demək deyil. Vaxtında diaqnostika və düzgün müalicə ilə sağalma şansı hər zaman mövcuddur.

Xatırladaq ki, A-Qroup sığorta şirkəti artıq 31 ildir müştərilərinin qayğısına qalaraq onlara dünya standartlarına uyğun xidmət göstərməkdə davam edir.
Material ID: #57
Qurum

A-Qroup Sığorta Şirkəti

Azərbaycan

A-Qroup Sığorta Şirkəti tərəfindən təqdim olunan və Reliz.az-da yayımlanan press-relizləri və rəsmi məlumatları.

Qurumun bütün press-relizləriRəsmi sayt
Reliz.az

Yeni məqalələri və press-relizləri izləyin

Reliz.az-da yayımlanan yeni məqalələri, press-relizləri və rəsmi məlumatları sosial şəbəkələrimizdən və rəsmi kanallarımızdan izləyin.

Oxşar press-relizlər

Son press-relizlər