Startaplar və KOB-lar ilə dövlət qeydiyyatı sahəsində yeniliklər müzakirə olunub
Press-reliz

Startaplar və KOB-lar ilə dövlət qeydiyyatı sahəsində yeniliklər müzakirə olunub

Paylaş:FacebookLinkedInTelegramE-poçt
Bu material qurum tərəfindən təqdim olunub. Reliz.az materialın mətninə redaktə müdaxiləsi etmir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən startaplar, mikro və kiçik sahibkarlıq subyektləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsindəki yeniliklərə həsr olunmuş onlayn görüş keçirilib.

DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə “Startaplar, mikro və kiçik sahibkarlıq subyektləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində mövcud olan yenilik” mövzusunda təqdimatla çıxış edib. O, “Bir pəncərə” sisteminin və elektron qeydiyyat imkanlarının tətbiqi, qeydiyyat prosesinin sadələşdirilməsi və sürətləndirilməsi, həmçinin “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsi çərçivəsində görülən işlər barədə məlumat verib.

Bildirilib ki, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı xidmətinin əlçatan olması, kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı zamanı “SİMA” rəqəmsal imzadan istifadə imkanının yaradılması biznesə başlama prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm addımlardandır. Görüşdə rəqəmsal xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə də məlumat verilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov isə investisiya cəlbediciliyinin artırılması, innovativ sahibkarlıq ekosisteminin inkişafı və startupların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşün sonunda fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Material ID: #22
Qurum

Dövlət Vergi Xidməti

Azərbaycan

Dövlət Vergi Xidməti tərəfindən təqdim olunan və Reliz.az-da yayımlanan press-relizləri və rəsmi məlumatları.

Qurumun bütün press-relizləriRəsmi sayt
Reliz.az

Yeni məqalələri və press-relizləri izləyin

Reliz.az-da yayımlanan yeni məqalələri, press-relizləri və rəsmi məlumatları sosial şəbəkələrimizdən və rəsmi kanallarımızdan izləyin.

Oxşar press-relizlər

Son press-relizlər