Qırğız nümayəndə heyəti “ASAN xidmət”də
Press-reliz

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də

Paylaş:FacebookLinkedInTelegramE-poçt
Bu material qurum tərəfindən təqdim olunub. Reliz.az materialın mətninə redaktə müdaxiləsi etmir.

Qırğız Respublikası Ali Məhkəməsinin sədr müavini Nurlan Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Görüşdə qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə məlumat verilib. Milli brendimiz olan “ASAN xidmət”in intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb.

Görüş zamanı “ASAN xidmət” təcrübəsinin Qırğız Respublikası ilə paylaşılması istiqamətində əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırılıb.

Qonaqlar ölkəmizin dövlət xidmətləri sahəsində olan qabaqcıl təcrübəsini yüksək qiymətləndiriblər.

Həmçinin görüş çərçivəsində qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

Material ID: #8
Qurum

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Azərbaycan

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təqdim olunan və Reliz.az-da yayımlanan press-relizləri və rəsmi məlumatları.

Qurumun bütün press-relizləriRəsmi sayt

Oxşar press-relizlər

Son press-relizlər