
PIN əməliyyatlarını Birbank tətbiqində ödənişsiz tamamla
PIN-kodunu dəyişmək və ya PIN cəhdlərini sıfırlamaq üçün filiala getməyə ehtiyac yoxdur.
Kartını seç, açılan bölmədəki xidmətlərdən istifadə et. PIN əməliyyatlarını Birbank tətbiqində filiala getmədən, ödənişsiz tamamlaya bilərsən.
8 sentyabr 2026-cı ildən etibarən filiallarda bu əməliyyatlar üzrə tariflər dəyişəcək. Həmin tarixdən sonra PIN-kodun dəyişdirilməsi və PIN cəhdlərinin sıfırlanması üçün bank filialına müraciət edildikdə, hər bir xidmət üzrə 5 AZN xidmət haqqı tətbiq olunacaq.
Əlavə xərc ödəməmək və əməliyyatları daha sürətli şəkildə tamamlamaq üçün müştərilər PIN əməliyyatlarını Birbank tətbiqi üzərindən həyata keçirə bilərlər.

Kapital Bank ASC
Kapital Bank ASC tərəfindən təqdim olunan və Reliz.az-da yayımlanan press-relizləri və rəsmi məlumatları.






