Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əlizadə Clearstream və Euroclear-in rəhbər heyəti ilə görüşüb
Press-reliz

Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əlizadə Clearstream və Euroclear-in rəhbər heyəti ilə görüşüb

Paylaş:FacebookLinkedInTelegramE-poçt
Bu material qurum tərəfindən təqdim olunub. Reliz.az materialın mətninə redaktə müdaxiləsi etmir.

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Elçin Əlizadə və İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli İsveç Krallığının Stokholm şəhərində keçirilən “PostTrade 360° 2026” tədbiri çərçivəsində dünyanın aparıcı beynəlxalq depozitar institutları olan Clearstream və Euroclear-ın rəhbər heyətinin nümayəndələri ilə görüşlər keçirib.

Tərəflər Milli Depozit Mərkəzinin Clearstream və Euroclear-da hesablarının açılması istiqamətində həyata keçirilən proseslərin hazırkı vəziyyətini və növbəti mərhələləri müzakirə ediblər. Görüşlər zamanı, həmçinin MDM-in hər iki beynəlxalq depozitar sisteminə üzvlüyü ilə bağlı texniki məsələlər ətraflı nəzərdən keçirilib, mövcud tələblər, əməliyyat və texnoloji inteqrasiya məsələləri üzrə fikir mübadiləsi aparılıb. Müzakirələr çərçivəsində beynəlxalq depozitar infrastrukturu ilə əlaqələrin genişləndirilməsinin, Azərbaycan kapital bazarının qlobal maliyyə bazarlarına inteqrasiyasının gücləndirilməsinin və yerli bazar iştirakçılarının beynəlxalq maliyyə alətlərinə çıxış imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşlərdə tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, hesabların açılması və üzvlük prosesinin müvafiq mərhələləri üzrə əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Material ID: #31
Qurum

Milli Depozit Mərkəzi

Azərbaycan

Milli Depozit Mərkəzinin qiymətli kağızların saxlanması və uçotu, depozitar və klirinq xidmətləri, reyestr əməliyyatları və kapital bazarı infrastrukturu ilə bağlı Reliz.az-da yayımlanan press-relizləri və rəsmi məlumatları.

Qurumun bütün press-relizləriRəsmi sayt
Reliz.az

Yeni məqalələri və press-relizləri izləyin

Reliz.az-da yayımlanan yeni məqalələri, press-relizləri və rəsmi məlumatları sosial şəbəkələrimizdən və rəsmi kanallarımızdan izləyin.

Oxşar press-relizlər

Son press-relizlər