Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı
Press-reliz

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Paylaş:FacebookLinkedInTelegramE-poçt
Bu material qurum tərəfindən təqdim olunub. Reliz.az materialın mətninə redaktə müdaxiləsi etmir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni dalğası üçün qeydiyyata start verib.

Bu tədris dalğasında da Mərkəz xüsusi imkan təqdim edir. Belə ki, proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticə göstərən 5 məzun xarici ölkələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlərdə təcrübə haqqı qazanaraq öz bacarıqlarını real iş mühitində sınayacaq.

Təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı, ingilis dili bilikləri və baza İKT bacarıqlarına malik olan Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinə cəlb olunacaqlar. “Technion” ekspertlərinin keçirəcəyi imtahanda namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrə bilik və bacarıqları, ingilis dili səviyyəsi yoxlanılacaq. Daha sonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfər təlimlərdə tam təqaüdlü formada iştirak hüququ əldə edəcək. Hər bir mərhələ üzrə yalnız ən yüksək göstəricilərə sahib şəxslər sonrakı mərhələdə iştirak hüququ qazanacaqlar.

Proqram müddətində dərslər “Technion” İnstitutunun akademik heyəti tərəfindən onların tədris metodologiyasına əsasən keçiləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər 6 ay müddətində saat 09:00-dan 16:00-a qədər dərslər,16:00-dan 21:00-dək praktiki məşğələlər şəklində davam edəcək.

Proqram çərçivəsində “Red Team” (hücum) və “Blue Team” (müdafiə) olmaqla 2 qrup mütəxəssisin hazırlanması planlaşdırılır. Komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə “Technion” Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.

Təlimlərdə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər:

Qeydiyyat üçün link

Qeydiyyat üçün son tarix 8 noyabr 2026-cı ildir.

Qeyd edək ki, bu günə qədər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən 7 təlim dalğası üzrə ümumilikdə 420-yə yaxın kibertəhlükəsizlik mütəxəssisi məzun olub, hazırda isə 60 nəfər təhsilini davam etdirir. Mərkəz tərəfindən eyni zamanda məzunların məşğulluq imkanlarının artırılması ilə bağlı da təşəbbüslər həyata keçirilir. Hazırda 6 tədris dalğasının məzunlar arasında işlə təmin olunma göstəricisi 90 %-dir. Mərkəzdə ixtisaslaşmış kadr hazırlığı ilə yanaşı, kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirlərinin, dövlət qurumlarının rəhbər şəxsləri və əməkdaşları üçün təlimlərin, eləcə də yerli kibertəhlükəsizlik məhsullarının hazırlanmasına dəstək istiqamətində tədbirlər həyata keçirilir.

Material ID: #50
Qurum

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Azərbaycan

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunan və Reliz.az-da yayımlanan press-relizləri və rəsmi məlumatları.

Qurumun bütün press-relizləriRəsmi sayt
Reliz.az

Yeni məqalələri və press-relizləri izləyin

Reliz.az-da yayımlanan yeni məqalələri, press-relizləri və rəsmi məlumatları sosial şəbəkələrimizdən və rəsmi kanallarımızdan izləyin.

Oxşar press-relizlər

İRİA-nın təşkilatçılığı ilə keçirilən vörkşopda nəqliyyat sektorunda çağırışlar və innovativ həllər müzakirə olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), beynəlxalq innovasiya şirkəti “Plug and Play”in birgə təşkilatçılığı, AZCON Holding-in portfel şirkətləri olan “Bakı Metropoliteni” QSC və “Azə…

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Son press-relizlər